Dek 02, 2017 21:37 Asia/Baku
  • DÇ 2018: İran İspaniya və Portuqaliyayanın rəqibi
    DÇ 2018: İran İspaniya və Portuqaliyayanın rəqibi

Nəhayət intizar sona çatdı. Futbol üzrə 2018 Dünya Çempionatının püşkatma mərasimi keçirildi. İndi mundialda iştirak edəcək komandalar öz rəqiblərini tanıdılar. Bundan sonra İran və digər komandalar güclü rəqibləri ilə qarşılaşmaq üçün hazırlaşmalıdırlar.

Rusiyanın soyuq və qarlı havasında bütün dünyada futbol azarkeşləri üçün Rusiya 2018 Dünya Çempionatı yolunda həyəcanla dolu anlar yaşandı. Mundiala vəsiqə qazanmış 32 komanda 8 qrupda rəqiblərini tanıdı. Kreml Sarayında keçirilən möhtəşəm tədbir Rusiya prezidentinin çıxışı ilə başladı. O, Rusiyanın dünyada ən mötəbər çempionata layiqli ev sahibliyi edəcəyini vəd edib.

Amma növbə komandaların adlarının şüşə səbətlərdən çıxmasına çatdıqda, mümkün olan ən çətin püşk İrana qismət oldu.

İranın futbol üzrı yığma komandasının baş məşqçisi Karlos Keyruş püşkatma mərasimindən sonra deyib: İranın püşkünə sevinə bilmərəm. İspaniya və Portuqaliya mənim üçün iki xüsusi komandadır. Komandamız təsnifat mərhələsində məğlub olmadı və inamlı təsir bağışladı. Bu prosesi davam etdirməyə çalışacağıq.

B qrupunu istər ölüm, istərsə də həyat qrupu adlandırmağımızın İran üçün heç bir fərqi yoxdur. İranın futbol üzrə yığma komandası gələn il 15 iyun, 20 iyun və 25 iyunda Mərakeş, İspaniya və Portuqaliya ilə qarşılaşmalıdır.

İranın milli yığmasının sabiq üzvü Əli Dayi deyib: Fikrimcə, mümkün olan ən çətin qrup İrana qismət oldu. Komandamız İspaniya və Portuqaliya ilə qarşılaşmalıdır. B səbətinin ən güclü komandası İspaniya ilə bir qrupda qərarlaşdıq.

İran milli yığmasının sabiq üzvü Mehdi Məhdəvikiya deyib: Daha yaxşı qrupa düşə bilərdik. Amma, mənim fikrimcə, Danimarka işləri korladı. Çətin qrupdur.

 

Teqlər