İran filmi Braziliya müstəqil festivalının mükafatına layiq görüldü
-
İran filmi Braziliya müstəqil festivalının mükafatına layiq görüldü
Məhəmməd Rza Fərtusinin ssenarisi və rejissorluğu ilə çəkilən İranın "Ana! Mən Yusifəm" filmi Braziliya Müstəqil Filmlər Festivalında ən yaxşı film mükafatına layiq görülüb.
"Ana! Mən Yusifəm" bədii filmi İran kinosunun təmsilçisi olaraq Braziliya Müstəqil Filmlər Festivalında ekrana çıxarılıb və münsiflər heyəti ən yaxşı film nominasiyasında bu filmi mükafatlandırıb.
II Braziliya Müstəqil Filmlər Festivalı Bahia adı altında Yaponiya, Avstraliya, İspaniya, Almaniya, Meksika, Belçika, Nepal, Peru, Honq-Konq və Fransa filmlərinin ekranlaşması ilə keçirilib.
"Ana! Mən Yusifəm" bədii filmi müqəddəs müdafiə janrında ərəbcə çəkilib. İran aktyoru Abbas Qəzali, iraqlı aktrisa Zəhra Ər-Rəbii bu filmdə rol alıblar.
"Ana! Mən Yusifəm" bədii filmi Bağdadda Yusif adlı bir iraqlı gəncin həyatından söz açır. O İraqın Bəs rejiminin İranla müharibəsində iştirakdan imtina etməsinə görə, həbs olunur və bir müddət sonra itkin düşür.