Real Madrid Dünya Klubları Kubokunun qalibi oldu; Ronaldodan yeni rekord
Dek 17, 2017 06:36 Asia/Baku
-
Real Madrid Dünya Klubları Kubokunun qalibi oldu; Ronaldodan yeni rekord
İspaniyanın Real Madrid futbol klubu Braziliyanın Gremio klubunu 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Dünya Klubları Kubokunun sahibi olub.
İRNA-nın məlumatına görə, futbol üzrə Dünya Klubları Kubokunun final matçı ötən gecə Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Ben Zaid stadionunda Avropa Çempionlar Liqasının qalibi Real Madridlə Latın Amerikası çempionu Braziliyanın Gremio klubu arasında baş tutub. Matç sonda Kriştiano Ronaldonun yeganə qolu ilə Zinəddin Zidanın yetirmələrinin xeyrinə başa çatıb.
Ronaldo vurduğu qolla Dünya Klubları Kubokunun finalında ardıcıl iki dəfə qol vuran ilk futbolçuya çevrilib.