İslam Dünyası Gəncləri Paytaxtı Şiraz incəsənətlər festivalı başlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i289571-İslam_dünyası_gəncləri_paytaxtı_Şiraz_incəsənətlər_festivalı_başlanıb
İslam Dünyası Gəncləri Paytaxtı Şiraz incəsənətlər festivalı İranın cənubunda Şiraz şəhərində "Sülh, əxlaqi və insani dəyərlər" devizi altında işə başlayıb. Festivalın proqramlarına incəsənət, film, dastan və xəttatlıq da daxildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 17:24 Asia/Baku
  • İslam Dünyası Gəncləri Paytaxtı Şiraz incəsənətlər festivalı başlanıb
    İslam Dünyası Gəncləri Paytaxtı Şiraz incəsənətlər festivalı başlanıb

İslam Dünyası Gəncləri Paytaxtı Şiraz incəsənətlər festivalı İranın cənubunda Şiraz şəhərində "Sülh, əxlaqi və insani dəyərlər" devizi altında işə başlayıb. Festivalın proqramlarına incəsənət, film, dastan və xəttatlıq da daxildir.

İRNA-nın məlumatına görə, İslam Dünyası Gənclər Paytaxtı Şiraz Festivalının icra katibi Əli Rzayi bu festivalın açılış mərasimində deyib: Təəssüflər olsun ki, firqəçilik, terrorizm və vətəndaş müharibələri bəzi islam ölkələrinin iqtisadiyyatına böyük zərbələrin dəyməsi ilə nəticələnmişdir. Buna görə, dünyada sülh, dostluq və qardaşlıq devizi ilə islamın həqiqi simasını dünyaya göstərməyə çalışmaq lazımdır. 

O deyib: Müxtəlif islam və avropa ölkələrinin incəsənət xadimlərinin festivalın qısammetrajlı film bölməsinə 153, qısa dastan bölməsinə 103 əsəri Fars vilayəti incəsənət katibliyinə göndərilmişdir. Münsiflər heyətinin qərarından sonra müxtəlif əsərlər seçilmişdir.