İran dünya üzrə elmi inkişafda 2-ci yerdədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i289699-İran_dünya_üzrə_elmi_inkişafda_2_ci_yerdədir
İranın elm, tədqiqat və texnologiya nazirinin müavini deyib: İran İslam Respublikası elmi inkişaf baxımından dünya üzrə 2-ci yerdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 08:51 Asia/Baku
  • İran dünya üzrə elmi inkişafda 2-ci yerdədir
    İran dünya üzrə elmi inkişafda 2-ci yerdədir

İranın elm, tədqiqat və texnologiya nazirinin müavini deyib: İran İslam Respublikası elmi inkişaf baxımından dünya üzrə 2-ci yerdədir.

İranın elm, tədqiqat və texnologiya nazirinin tədqiqat müavini Məsud Brumənd dünən axşam İranın 2-ci telekanalında etdiyi çıxışında deyib: Dünyada elmi istehsalın inkişafı 6 faiz nəzərdə tutulursa İranın elmi inkişafının göstəricisi 20 faizdir. 

Brumənd İranın dünya üzrə elm istehsalı sahəsində 16-cı yerdə durduğunu bildirərək deyib: İranın dünya əhalisinin 1 faizinə malik olmaqla dünya səviyyəsində elm istehsalının 2 faizini özünə aid edib. 

İranın elm, tədqiqat və texnologiya naziri Mənsur Qulami son günlər demişdi ki, İran region üzrə elm istehsalı baxımından birinci yerdə durur və bəzi yeni elmlərdə dünya səviyyəsində əlverişli mövqeyə malikdir. 

Qulami deyib: İran elm və təhsil baxımdan əlverişli infrasturukturlara malikdir və iranlı universitet müəllim və tələbələr dünya alimləri arasında xüsusi mövqeyə malikdirlər.