Ayətullah Nuri-Həmədani: Müsəlmanlar birləşməsələr, Fələstin İslam dünyasından ayrılar
-
Ayətullah Nuri-Həmədani: Müsəlmanlar birləşməsələr, Fələstin İslam dünyasından ayrılar
İranın Qom şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri-Həmədani dünya müsəlmanları arasında birliyin formalaşması vacibliyini vurğulayaraq, deyib: Əgər müsəlmanlar bir-birilərilə müttəfiq olmasalar, düşmənlər Fələstini İslam dünyasından ayırarlar.
Ayətullah Hüseyn Nuri-Həmədani bu gün Qom şəhərində müsəlmanlar arasındakı birliyi islami göstəriş və İranın arzusu adlandırıb və belə əlavə edib: İslam dünyasının vəhdətilə zalımlar qarşısında dayanmaq və məzlumları himayə etmək olar.
Bu təqlid mərcəyi bəzi İslam ölkələri başçıları və siyasi xadimlərinin Amerikaya, İngiltərəyə və sionist rejimə olan təmayülünü tənqid edərək, İslam ölkələrinin İran xalqının dünyanın zalım qüvvələri və istibdad qarşısındakı inqilabı və oyanışından ülgü götürmələrini vurğulayıb.
Ayətullah Nuri-Həmədani İran İslam Respublikasını dünyanın ən xəlqi hökuməti adlandırıb və belə deyib: Heç bir hökumət İran hökuməti kimi xalq dayağına malik deyil və bu məsələ İran İslam Respublikasının regionda və dünyada qüdrətli olmasının səbəbidir.
Ayətullah Nuri-Həmədani Bəhreyn, İraq, Əfqanıstan, Suriya və Yəmən daxil olmaqla müxtəlif islami ölkələrin durumuna işarə edərək, deyib: Bu gün dünya müsəlmanlarının birliyi günüdür və İslam düşmənləri qarşısında birlik ilə, qələbə çalmaq lazımdır.