İrandan tibbi təchizatın ixracatı 10 qat artırılır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i299768-İrandan_tibbi_təchizatın_ixracatı_10_qat_artırılır
İran İslam Respublikası Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyinin tibbi təchizat ofisinin baş direktoru 1397-ci hicri şəmsi ilində İrandan tibbi təchizatın ixracatında 10 qat artım olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2018 14:36 Asia/Baku
  • İrandan tibbi təchizatın ixracatı 10 qat artırılır
    İrandan tibbi təchizatın ixracatı 10 qat artırılır

İran İslam Respublikası Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyinin tibbi təchizat ofisinin baş direktoru 1397-ci hicri şəmsi ilində İrandan tibbi təchizatın ixracatında 10 qat artım olacağını bildirib.

İRNA-nın verdiyi məlumata görə, Rza Məsaili bu gün İranın tibbi təchizat ixracatının dəyərinin 24 milyon dollar təşkil ediyini bildirərək deyib: İran İslam Respublikası Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyi İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin əməkdaşlığı ilə 1397-ci hicri şəmsi ili üçün İran istehsalı olan tibbi təchizatın ixracatının dəyərini 240 milyon dollar nəzərdə tutub. 

Rza Məsaili başçılıq etdiyi nazirliyin bu məqsədə nail olmaq istiqamətindəki proqramlarına toxunaraq deyib: Cari ildə İranın tibbi təchizat sənayesini beynəlxalq sərgilərdə eştirakı daha da gücləndiriləcək.

Rza Milli Tibbi təchizatın keyfiyyətinə nəzarət sistemində əsaslı dəyişiklikdən, beynəlxalq standartların, AB-nin CE lissenziyasının, İSO-17025 beynəlxalq standartının tətbiq edilməsinin cari il üçün qarşıya qoyulan ən əsas məqsədlər olduğunu deyib. 

İİR tibb və dərman istehsalında öndə gedən ölkələr sırasında durur.