İranın elmlər naziri Parisdə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i313692-İranın_elmlər_naziri_parisdə
İran İslam Respublikasının elmlər, tədqiqat və texnologiya naziri iki ölkə universitetləri rektorlarının iri toplantısında iştirak məqsədilə Fransanın ali təhsil, tədqiqat və innovasiya nazirinin dəvətilə Parisə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2018 14:48 Asia/Baku
  • İranın elmlər naziri Parisdə
    İranın elmlər naziri Parisdə

İran İslam Respublikasının elmlər, tədqiqat və texnologiya naziri iki ölkə universitetləri rektorlarının iri toplantısında iştirak məqsədilə Fransanın ali təhsil, tədqiqat və innovasiya nazirinin dəvətilə Parisə daxil olub.

İran İslam Respublikasının elmlər, tədqiqat və texnologiya naziri Mənsur Qolami öz fransız həmkarı Fredrik Vidal ilə görüşməli və qarşılıqlı elmi-tədqiqat mübadilələrinin genişləndirilməsi barədə onunla söhbət etməlidir.

İki ölkə universitetləri rektorlarının toplantısı İranın 18, Fransanın isə 35 universitet rektorunun iştirakı ilə sabahdan etibarən iki gün müddətinə Parisdə keçiriləcək.

Müəllim-tələbə mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və müştərək təhsil kurslarının təşkili İran və Fransanın elmlər nazirlərinin ikitərəfli dialoqunun mehvərlərindən elan olunubdur.