İranlı tələbə Malayziya universitetinin qızıl medalçısı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i313838-İranlı_tələbə_malayziya_universitetinin_qızıl_medalçısı_olub
İranlı tələbə Arəş Azərkerdar tədqiqat layihəsi təqdim edərək, Malayziyanın Putra universitetinin 2018-ci il üçün mühəndislik tədqiqatı üzrə qızıl medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2018 10:22 Asia/Baku
  • İranlı tələbə Malayziya universitetinin qızıl medalçısı olub
    İranlı tələbə Malayziya universitetinin qızıl medalçısı olub

İranlı tələbə Arəş Azərkerdar tədqiqat layihəsi təqdim edərək, Malayziyanın Putra universitetinin 2018-ci il üçün mühəndislik tədqiqatı üzrə qızıl medalını qazanıb.

Malayziyanın Putra universitetinin mühəndislik fakültəsinin innovasiya və ixtiralar kafedrasının müdiri və Arəş Azərkerdarın bu tədqiqat layihəsi üzrə nəzarətçi müəllimi Fərzad Hecazi belə deyib: Bu tədqiqat körpülər, rabitə qüllələri və göydələnlərin tikintisində işlədilən yüksək müqavimətli fiber betonun yeni növü barədə olub.

Hecazi əlavə edib: Bu cür beton atmosfer şəraiti qarşısında yüksək müqavimətə, həmçinin titrəyişli yüklər qarşısında müqavimət və məhsuldarlığın artmasına səbəb olur.

Malayziyanın Putra universiteti bu ölkədə tədqiqat üzrə istiqamətləndirici universitetlərdən biri olaraq, 1931-ci ildə istifadəyə verilib. Hazırda modern və mütərəqqi imkanlardan istifadə edərək, tədqiqatçılar üçün elmi mühit yaradan Putra universiteti Malayziyanın böyük universitetlərindən sayılır.