Kəşmir festivalında İranın üç qısametrajlı filmi iştirak edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i313874-kəşmir_festivalında_İranın_üç_qısametrajlı_filmi_iştirak_edir
İran Gənclər Kinosu Cəmiyyətinin məhsullarından olan üç qısametrajlı film 3-cü Kəşmir festivalının rəqabət bölməsində iştirak edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2018 16:59 Asia/Baku
  • Kəşmir festivalında İranın üç qısametrajlı filmi iştirak edir
    Kəşmir festivalında İranın üç qısametrajlı filmi iştirak edir

İran Gənclər Kinosu Cəmiyyətinin məhsullarından olan üç qısametrajlı film 3-cü Kəşmir festivalının rəqabət bölməsində iştirak edir.

İran Gənclər Kinosu Cəmiyyətinin Qom nümayəndəliyinin Türkiyənin İzmir bələdiyyəsi ilə birgə məhsulu olan rejissor Səid Necatinin "Yağış ahəstə yağır", İran Gənclər Kinosu Cəmiyyətinin İsfahan nümayəndəliyinin məhsulu olan rejissor Mohəmməd Pustinduzun "Boz çətir" və bu cəmiyyətin Xorrəmabad nümayəndəliyinin məhsulu olan rejissor Mir Abbas Xosrəvinejadın "Foruzan" adlı qısametrajlı filmləri Kəşmir festivalında rəqabət aparacaqlar.

Beynəlxalq Kəşmir festivalı bu dəfə həyatın müxtəlif cəhətləri və emosiyalarını göstərən filmlər üzərində təmərküzləşibdir.