İranlı qadın festivalın ən yaxşı aktrisası mükafatını qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i316091-İranlı_qadın_festivalın_ən_yaxşı_aktrisası_mükafatını_qazandı
Ətrafımda veylənmə adlı İran filminin aktrisası 13-cü Kipr beynəxalq film festivalında birinci qadın rolunda ən yaxşı ifa mükafatını əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2018 15:15 Asia/Baku
  • İranlı qadın festivalın ən yaxşı aktrisası mükafatını qazandı
    İranlı qadın festivalın ən yaxşı aktrisası mükafatını qazandı

Ətrafımda veylənmə adlı İran filminin aktrisası 13-cü Kipr beynəxalq film festivalında birinci qadın rolunda ən yaxşı ifa mükafatını əldə edib.

İRNA-nın verdiyi məlumata görə, 13-cü beynəlxalq Kipr film festivalı bu il də qısa və uzun metrajlı filmlər bölmələrində keçirildi. 

Qəzalə Sultaninin rejissorluq etdiyi İranın " ətrafımda veylənmə"  adlı film Çin, Hindistan, Yaponiya, Fransa, Kanada və Amerika kimi ölkələrdən olan filmlərlə rəqabət apardı. 

Bu filmin aktrisası Mehravə Şərifiniya Rumıniyadan Oktav və Fransadan qırx tikə adlı filmlərin kənarında birinci qadın rolu üçün ən yaxşı ifa mükafatını qazanıb.

Bu festivalın yekun mərasimində İranın Kiprdəki səfirinin müavini Həmidrza Ənvəri iranlı kinematoqrafların son illərdəki uğurlarına toxunaraq Kiprli kinematoqrafları İranın beynəlxalq Fəcr film festivalında iştiraka çağırıb.