İran xalçaları Əlcəzair məscidlərini bəzəyir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i316223-İran_xalçaları_Əlcəzair_məscidlərini_bəzəyir
Bir əlcəzairli iş adamı dünyanın ən böyük üçüncü məscidi sayılan Əlcəzairin Əzəm məscidini İran xalçaları ilə bəzəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2018 17:00 Asia/Baku
  • İran xalçaları Əlcəzair məscidlərini bəzəyir
    İran xalçaları Əlcəzair məscidlərini bəzəyir

Bir əlcəzairli iş adamı dünyanın ən böyük üçüncü məscidi sayılan Əlcəzairin Əzəm məscidini İran xalçaları ilə bəzəyib.

İRNA-nın məlumatına görə, Səlim Bəşə Əlcəzair paytaxtı Əzəm məscidi üçün 12 min kvadratmetr İran xalçası satın aldığına toxunaraq deyib: Bu məscid böyük mədəni və abadlıq üslubunda inşa olunub və qiymətli incəsənət nümunəsini əks etdirən xalça ilə bəzənməli idi.

Bu əlcəzairli iş adamı İran xalçalarını dünyada misilsiz adlandırıb və deyib: Dünyada heç kim iranlıların ustalığı ilə xalça toxuya bilməz.