Braziliya və Uruqvay futbolçuları Rusiya dünya çempionatında uğursuz qaldılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i316666-braziliya_və_uruqvay_futbolçuları_rusiya_dünya_çempionatında_uğursuz_qaldılar
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı yarışlarının davamında keçmişdə ad-sana malik olan Uruqvay və Braziliya komandaları Fransa və Belçika komandalarına məğlub olaraq, yarımfinala çıxa bilməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 05:02 Asia/Baku
  • Braziliya və Uruqvay futbolçuları Rusiya dünya çempionatında uğursuz qaldılar
    Braziliya və Uruqvay futbolçuları Rusiya dünya çempionatında uğursuz qaldılar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı yarışlarının davamında keçmişdə ad-sana malik olan Uruqvay və Braziliya komandaları Fransa və Belçika komandalarına məğlub olaraq, yarımfinala çıxa bilməyiblər.

Dünən axşam futbol üzrə 2018-ci il dünya çempionatının dörddə bir final yarışlarının ilk görüşündə 1998-ci ilin dünya çempionu- Fransa yığması və iki dəfə bu yarışların çempionu olmuş Uruqvay millisi görüşüblər. Oyun 2-0 hesabı ilə Fransa komandasının xeyrinə qurtarıbdır.

Bu mərhələnin digər görüşündə isə beşqat dünya çempionu olan Braziliya komandası Belçika yığmasına 1-2 hesabı ilə məğlub olaraq, yarışlardan kənara çəkilibdir.

Bu gün dörddə bir final yarışlarının daha iki görüşü keçiriləcək. Rusiya komandası Xorvatiya yığması, İsveç millisi isə İngiltərə komandası ilə görüşəcəkdir.

İyunun 14-də Rusiyada başlanmış futbol üzrə 2018-ci il dünya çempionatı iyulun 15-də başa çatacaqdır.