İranlı oxçuların beynəlxalq turnirdəki uğuru; 5 medal
İyul 08, 2018 04:05 Asia/Baku
Çexiya Respublikasında oxçuluq üzrə əlillərin beynəlxalq turnirində İranın yığma komandası bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb.
İSNA-nın məlumatına görə, Çexiya Respublikasında oxçuluq üzrə əlillərin beynəlxalq turnirində İranın qadınlardan ibarət rikro komandası bir qızıl, miks-rikro komandası isə gümüş medala layiq görülüb.
İran təmsilçiləri Zəhra Neməti və Zəhra Delxoş fərdi rikro növündə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
İranın başqa bir idmançısı Əli Sina Minşazadə kişilərin fərdi yarışlarında slovakiyalı rəqibi ilə mübarizə aparıb və məğlub olaraq gümüş medal qazanıb.
Çexiya Respublikasında 3 iyulda başlayan oxçuluq üzrə əlillərin beynəlxalq turniri şənbə gecə sona çatıb.