İranın yeniyetmə futbol yığmasının Bakıdakı məşqləri başa çatıb
-
İranın yeniyetmə futbol yığmasının Bakıdakı məşqləri başa çatıb
İyulun beşindən iyirmi oyunçu ilə Bakıda məşqlər keçən İranın yeniyetmələrdən ibarət futbol yığması dünən gecə özünün yerli komanda ilə hazırlıq və yoldaşlıq görüşündə 4-0 hesabı ilə qələbə qazanıbdır.
İranın yeniyetmələrdən ibarət futbol yığması Bakıdakı yeddigünlük məşqlərinin son saatlarında bu şəhərin "Olimpiya" idman kompleksində keçirilən həmin görüşündə oyunun birinci hissəsinin 17-ci dəqiqəsində Azərbaycan Respublikası komandasının qapısına ilk qolu vurub. Komandamız ikinci hissədə də ardıcıl hücumlarla daha üç qol vuraraq, oyunu 4-0 hesabı ilə başa vurubdur.
16 yaşından aşağı futbolçuların 18-ci Asiya çempionatı 2018-ci il sentyabrın 20-də Malayziyada keçiriləcək və İranın yığma komandası bu yarışlarda Hindistan, Vyetnam və İndoneziya komandaları ilə bir qrupda mübarizə aparacaqdır.