İranın oturaq voleybol komandası Rusiyanı da məğlub etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i317835-İranın_oturaq_voleybol_komandası_rusiyanı_da_məğlub_etdi
İran İslam Respublikasının oturaq voleybol komandası 3-1 hesabı ilə Avropa çempionu Rusiyanı da məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2018 03:41 Asia/Baku
  • İranın oturaq voleybol komandası Rusiyanı da məğlub etdi

İran İslam Respublikasının oturaq voleybol komandası 3-1 hesabı ilə Avropa çempionu Rusiyanı da məğlub edib.

İran İslam Respublikasının oturaq voleybol komandası çərşənbə günü 3-1 hesabı ilə Rusiya komandasını məğlub edərək, oturaq voleybol üzrə dünya çempionatının dörddə bir final mərhələsinə vəsiqə qazanıb.

İran komandası bazar günü, oturaq voleybol üzrə dünya çempionatındakı ilk qarşılaşmasında Yaponiya komandasını 3-0 hesabı ilə məğlub etmişdi.

Bazar ertəsi günü isə İran Almaniya komandasına 3-0 hesabı ilə qələbə çaldı. 

Oturaq voleybol üzrə 17-ci dünya çempionatı 15-23 iyul tarixində Hollandiyada keçirilməkdədir. 

İran komandası B qrupunda Yaponiya, Rusiya və Almaniya ilə bir qrupdadır. 

Oturaq voleybol üzrə dünya çempionatında 16 komanda mübarizə aparır. 

Bu yarışların sonunda ilk 3 yeri tutan komandalar 2020-ci ildə Yaponiyada keçiriləcək paralimpiya yarışlarında iştiraka vəsiqə əldə edəcəklər.