Uilyam Cons Basketbol Turniri; İran ev sahibini darmadağın etdi
İyul 20, 2018 12:31 Asia/Baku
-
Uilyam Cons Basketbol Turniri; İran ev sahibini darmadağın etdi
Basketbol üzrə Taivanda keçirilən Uilyam Cons turnirində İranın B komandası qələbə seriyasını davam etdirib.
İRNA-nın məlumatına görə, İran və Taivanın B komandaları bu gün qarşılaşıblar. Matç 102-56 hesabı ilə İran yığmasının xeyrinə başa çatıb.
İranın basketbol üzrə B komandası turnirdə beş qələbə qazanıb və bir matçda da məğlub olub.
Uilyam Cons turniri 14 iyulda başlayıb və 22 iyula qədər davam edəcək.
İranın A komandası da eyni zamanda Çində Atlas Sport kubokunda iştirak edir.
İranın basketbol üzrə yığma komandası 18 avqustda İndoneziyanın Cakarta şəhərində başlayacaq 18-ci Asiya Oyunlarına hazırlaşır.
Teqlər