Məhdəvi-Kiya Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318014-məhdəvi_kiya_hamburq_un_21_yaşından_aşağı_komandasının_məşqçisi_təyin_edilib
İranın yığma futbol komandasının və Almaniyanın Hamburq futbol klubunun sabiq ulduzu Mehdi Məhdəvi-Kiya dünən gecə bu klubun müdiriyyəti tərəfindən Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2018 02:36 Asia/Baku
  • Məhdəvi-Kiya Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib
    Məhdəvi-Kiya Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib

İranın yığma futbol komandasının və Almaniyanın Hamburq futbol klubunun sabiq ulduzu Mehdi Məhdəvi-Kiya dünən gecə bu klubun müdiriyyəti tərəfindən Hamburq-un 21 yaşından aşağı komandasının məşqçisi təyin edilib.

Məhdəvi-Kiya 1999-cu ildən 2007-ci ilədək Hamburq futbol klubunda çaışarkən parlaq fəaliyyətə malik olmuşdu.

Mehdi Məhdəvi-Kiya Hamburq klubunun azarkeşləri arasında böyük rəğbətə malikdir.

Mehdi Məhdəvi-Kiya 2002-2003 və 2003-2004-cü futbol mövsümlərində Hamburq-un azarkeşləri tərəfindən klubun ən yaxşı oyunçusu seçilib və bir dəfə də mötəbər alman nəşri- "Kiker" tərəfindən Almaniyanın Bundesliqa futbol liqasının ən yaxşı sağ qolu titulunu qazanıbdır.

Məhdəvi-Kiya 2003-cü ildə həmçinin Asiya Futbol Konfederasiyası tərəfindən qədim qitənin ən yaxşı oyunçusu seçilibdir.

Almaniyanın Hamburq futbol klubunun azarkeşləri Mehdi Məhdəvi-Kiyaya "İran raketi" adını vermişdilər.