İran elmi yaradıcılıq göstəricisinə görə dünyada birinci olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i318678-İran_elmi_yaradıcılıq_göstəricisinə_görə_dünyada_birinci_olub
İslam Dünyasının İstinad Mərkəzinin başçısı 2017-ci ildə İranın elmi yaradıcılıq göstəricisinin 2016-cı il ilə müqayisədə kəmiyyət baxımından 8,9 faizlik artımından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 09:27 Asia/Baku
  • İran elmi yaradıcılıq göstəricisinə görə dünyada birinci olub
    İran elmi yaradıcılıq göstəricisinə görə dünyada birinci olub

İslam Dünyasının İstinad Mərkəzinin başçısı 2017-ci ildə İranın elmi yaradıcılıq göstəricisinin 2016-cı il ilə müqayisədə kəmiyyət baxımından 8,9 faizlik artımından xəbər verib.

Mohəmməd Cavad Dehqan "Klarivit Analitiks" adlı istinad mərkəzində yayılmış son göstəricilərə toxunaraq, əlavə edib: İran ötən milad ilində elmi yaradıcılıq üzrə ən yüksək göstəriciyə görə, dünyanın 25 üstün ölkəsi arasında qərar tapıb.

İslam Dünyasının İstinad Mərkəzinin başçısı deyib: Beynəlxalq İstinad Mərkəzində qeyd olunmuş statistikaya görə, İranda elmi yaradıcılıq miqdarı 2012-ci ildəki otuz min 947-dən 2017-ci ildə 52 min 183-ə çatıb. Bu, 1,6 faizdən çox artım deməkdir.

Dehqani bildirib ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə İranda elmi yaradıcılıq göstəricisi 8,9 faiz olub. O, qeyd edib ki, bu miqdar digər ölkələrlə müqayisədə İranı dünyada birinci edibdir.

Bu məlumata görə, araşdırmalar göstərir ki, ötən altı ildə dünyada elmi yaradıcılıq üzrə öncül ölkələrin elmi yaradıcılıq inkişafı orta hesabla maksimum on üç faiz olubdur. Belə ki, Rusiya on üç faizlik orta hesabla, Hindistan 10,5 faizlik orta hesabla və İran İslam Respublikası 9, 1 faizlik orta hesabla müvafiq olaraq, birincidən üçüncüyədək olan yerlərdə dururlar.