Kiş özünü su və elektriklə təmin edir
-
Kiş özünü su və elektriklə təmin edir
İranın Kiş adasında su və elektrik istehsalı stansiyası aktiv şəkildə çalışır. Belə ki, bu adanın su və elektrik ehtiyacını təmin edir.
Yerli mütəxəssislərin təşəbbüsü ilə su və elektrikin istehsalı. Kiş ölkənin su və elektrik şəbəkəsinə birləşməyib və istifadə olunan su və elektrikin təmin olunması sahəsində özünütəminə çatmışdır.
Kiş sakini deyib: Kişdə su və elektrik kəsilməsi olmayıb.
Başqa bir Kiş sakini deyib: Ümumilikdə ölkənin su və elektrik şəbəkəsindən ayrıyıq.
Kiş sakini söyləyib: Fikrimcə, burada müstəqil stansiya vardır.
Bura iki nömrəli stansiyadır və Kiş sakinlərinin yarısının ehtiyaclarını təmin edir.
Stansiyanın məsul şəxsi deyib: Gündəlik təxminən beş min kubmetr su və 60 meqavata qədər elektrik istehsal edə bilərik.
Su dənizdən götürülür, amma birbaşa şəkildə deyil.
Stansiyanın mütəxəssisi deyib: Dəniz canlıları, balıqlarının bizim quyulara daxil olmaması üçün suyu birbaşa şəkildə dənizdən götürmürük. Biz burada iki quyu qazmışıq. Belə ki, su buradan bizim şirinləşdirici bölməmizə daxil olur.
Su tərs osmos metodu ilə yəni molekulların ayrılması ilə şirinləşir.
Stansiyanın mütəxəssisi deyib: Şor suyun 60 atmosfer təzyiqlə mikron boyda filtrlərdən keçməsi şirin molekullardan ayrılmasına gətirib çıxarır.
60 atmosfer təzyiq dənizin 600 metrlik təzyiqi deməkdir. Su bu borularda yüksək sürətlə qapalı məkanda şirinləşir.
Layihənin icraçısı deyib: Adanın şərq ərazilərinə su çəkilməsi prosesi gedir.
Siridən qazın nəql olunması ilə stansiya Kişin sakinləri üçün elektrik də istehsal edir.
Stansiyanın mütəxəssisi deyib: İnkişaf proqramına əsasən istehsal 100 meqavata çatdırılacaq.
Bu kabellərdən hər biri 10 meqavat elektriki istehlakçılara çatdırır.
Mütəxəssisin sözlərinə görə, 200-250 ailəni asanlıqla elektriklə təmin edə bilər.
Önəmli və ixtisaslı projelər yerli mütəxəssislər tərəfindən icra olunur. Xarici bazara asılılığı azaltmaqdan əlavə, İranın başıucalığına da gətirib çıxarır
Stansiya mütəxəssisi əlavə edib: Qaz turbininin ilk sırasında işləyən pərdir. Min dərəcədən yuxarı temperaturda işləyir.
Stansiyanın bəzi işçiləri günün yarısını 2-3 kvadratmetrlik yerdə keçirməlidirlər.