Məryəm Mirzaxaninin doğum günü Riyaziyyatda Beynəlxalq Qadın Günü kimi adlandırılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i319914-məryəm_mirzaxaninin_doğum_günü_riyaziyyatda_beynəlxalq_qadın_günü_kimi_adlandırılıb
Dünya Riyaziyyat Cəmiyyətləri Beynəlxalq Birliyi İran Riyaziyyat Cəmiyyəti Qadınlar Komitəsinin təklifi ilə 3 may tarixi, mərhum Məryəm Mirzaxaninin doğum gününü Riyaziyyatda Beynəlxalq Qadın Günü adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 14:26 Asia/Baku
  • Məryəm Mirzaxaninin doğum günü Riyaziyyatda Beynəlxalq Qadın Günü kimi adlandırılıb
    Məryəm Mirzaxaninin doğum günü Riyaziyyatda Beynəlxalq Qadın Günü kimi adlandırılıb

Dünya Riyaziyyat Cəmiyyətləri Beynəlxalq Birliyi İran Riyaziyyat Cəmiyyəti Qadınlar Komitəsinin təklifi ilə 3 may tarixi, mərhum Məryəm Mirzaxaninin doğum gününü Riyaziyyatda Beynəlxalq Qadın Günü adlandırıb.

İran Riyaziyyat Cəmiyyəti Qadınlar Komitəsinin katibi Müjqan Mahmudi İSNA ilə müsahibədə deyib: İran Riyaziyyat Cəmiyyəti Qadınlar Komitəsi Dünya Riyaziyyat Cəmiyyətləri Beynəlxalq Birliyinə Riyaziyyatda Beynəlxalq Qadın Gününün adlandırılmasına dair təklif göndərmişdi. Bu təklif birliyin 31 iyul iclasında təsdiqlənib.

İranlı riyaziyyatçı və Stenfor Universitetinin müəlimi Məryəm Mirzaxani 2014-cü ildə "Riman səviyyələrində hədəsə və dinamika və onların ölçü səviyyələri" sahəsində araşdırmalarına görə, Riyaziyyatda ən yüksək mükafat olan Filds medalının ilk qadın qalibi oldu.

İran və dünyanın fitri istedadı dörd il xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra ötən il dünyasını dəyişdi.