Sen 19, 2018 12:59 Asia/Baku
  • Dünya çempionatında iranlı güləşçilər 3 qızıl medal qazanıblar
    Dünya çempionatında iranlı güləşçilər 3 qızıl medal qazanıblar

İranın gənclər üzrə Yunan-Roma güləşçi komandasının 55, 87 və 130 km çəki dərəcəsindəki nümayəndələri Slovakiyada keçirilən dünya çempionatı yarışlarının final görüşündə bu çəkilərin qızıl medalını özlərinə aid ediblər.

İRNA-nın verdiyi məlumata görə, Slovakiyanın Trnava şəhərində keçirilən Yunan-Roma güləşi üzrə dünya çempionatının ilk 5 çəki dərəcəsinin rəqabətlərinin final mərhələsində 55 kq çəkidə Puya Nasirpur, 87 kq çəkidə Məhəmməd Hadi Sarun və 130 kq çəkidə Əmin Mirzazadə qızıl medal qazanıblar. 

İranlı gənc güləşçilər ötən il Finlandiyada keçirilən dünya çempion yarışlarında dünyanın çempion adını qazanmışdılar. 

İkinci 5 çəki dərəcəsi üzrə final rəqabətləri bu gücə kleçiriləcək. İrandan Əmin Kaviyaninejad və Əlirza Nicati bu mərhələyə yol tapıblar. 

Teqlər