18-ci Beynəlxalq Sənaye Sərgisi Tehranda işə başlayıb
Okt 13, 2018 19:01 Asia/Baku
18-ci Beynəlxalq Sənaye Sərgisi 560 yerli və xarici şirkətin iştirakı ilə Tehranda işə başlayıb.
İRİB-nin verdiyi məlumata görə, 4 gün davam edəcək bu sərgidə 180 xarici şirkət iştirak edir. Sərgidə iştirak edən ölkələr arasında Almaniya, Hindistan, Çin, Tayvan, Rusiya, Yaponiya, Əlcəzair, İsveçrə, İtaliya, Çex və Fransa da var. Sərgidə sənaye sahəsindəki ən son nailiyyətlər nümayiş etdirilir.