İran mətbəxinin ecazkar dadı
-
İran mətbəxinin ecazkar dadı
Yemək turizmi, turizmin bir növü olaraq xarici turistlərin ölkəyə cəzb olunmasında xüsusi paya malikdir. Və öz zəngin mətbəxi ilə İran heç şübhəsiz bu potensialdan istifadə edərək, turizmin inkişafında böyük uğurlar əldə edə bilər.
Natali və Mariyan fransızdırlar və ilk dəfədir ki, İrana səfər edirlər.
Natali deyir: “Çox mehriban və qonaqpərvər insanları var”.
İran yeməklərini təcrübə etmək və ondan ləzzət almaq, səfərlərinin ən yadda qalan xatirəsinə çevrilib.
Natali: “Piti çox dadlı idi.”
Mariyan: “Yeməklər çox dadlı və ləzzətlidir”.
Professor Mütəlla və həyat yoldaşı isə Cənubi Afrikadan gəliblər. Onlar bir çox ölkəyə səyahət ediblər. Və İran yeməkləri onların xoşuna gəlib. Professor Mütəllanın həyat yoldaşı deyir: “Zirinc Plovu mənim çox xoşuma gəldi. Çox dadlı idi.”
Prof.Mütəlla isə “Təqribən 70-80 ölkəyə səfər etmişik. İran yeməkləri çox dadlıdır və mənim xoşuma gəldi.”
Yemək bir mədəniyyətdir və turizmin ən geniş sahələrindən biri sayılır.
Restoran sahibi deyir: “Bura gələn turistlər əsasən ənənəvi və milli xörəkləri sifariş edirlər.”
Turistlərdən biri isə deyir: “Bizim ölkəmizdə ümumiyyətlə bu kimi yeməklər yoxdur. Çox fərqli dadları var və mən bu dadı çox sevdim.”
Bir başqa turist istə deyir: “İran yeməkləri çox lətifdir, yəni insan ağırlıq hiss etmir.”
İran turizmində böyük paya malik olan Yəzd xarici turistlərin cəzb edilməsində milli xörəklərdən istifadə edə bilər.
Turizm sektorunda çalışan işçilərdən biri deyir: “Mədəni İrs Təşkilatının nəzarəti altında 300-ə yaxın hotel və restoran fəaliyyət göstərir. Bu hotel və restoranlar davamlı olaraq öz mətbəxlərini zənginləşdirməyə və turistlərin ağız dadına uyğunlaşdırmağa çalışırlar.”
Rusiyalı turistlərdən biri deyir: “Çox dadlı düyüdür. Və mən Rusiyada heç vaxt belə bir düyü yeməmişəm.”
Yəzd şəhərindəki restoranlarda bacarıqlı aşpazlar var və onlar bütün enerjilərini dadlı yeməklər hazırlamağa sərf edirlər.
Restoran sahiblərindən biri deyir: “Hazırda Yəzd restoranları yerli yeməklərin təqdim olunduğu ən məşhur restoranlardırlar.”
Aşpaz isə deyir: “Balıq, döymə, cücə, qafqaz və loğma kababı”
Xarici turistlər heç nədən çəkinmirlər. Əgər bir yeməyi tərifləyirlərsə, deməli həqiqətən xoşlarına gəlib.
Afrikalı turist deyir: “Mən bu gün badımcan və qiymə sifariş verdim. Çox dadlı idilər. Mən getdiyim hər yerdə, yediyim yeməklərin şəklini çəkər və dostlarıma, ailəmə göndərərəm. Onlar bu yeməkləri gördükdə ağızları sulanır.”
Qədim və zəngin bir mədəniyyəti təmsil edən bu yeməklər heç şübhəsiz xarici turistlərin ölkəyə cəzb olunmasında böyük rola malik ola bilərlər.