Prezident Pezeşkian "Fox News"a müsahibəsində deyib:
"Biz müharibə istəmirik, lakin hücum olarsa, özümüzü müdafiə edəcəyik"
İran İslam Respublikası prezidenti "Fox News"a verdiyi müsahibədə İranın heç vaxt müharibəyə başlayan tərəf olmadığını vurğulayaraq, qeyd edib ki, hücum edilərsə, İran özünü madafiə edəcək.
İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində, "Fox News"a müsahibə verib. danışan Pezeşkian bildirib: "Biz Prezident Pezeşkian ABŞ ilə müharibə ehtimalı barədə bildirib: “Biz müharibə istəmirik. Lakin hücuma məruz qaldığımız təqdirdə, özümüzü müdafiə etməyə məcburuq".O, əlavə edib: "Biz heç vaxt müharibəyə başlayan tərəf olmamışıq. Lakin onlar münaqişəni uzatmaq istəsələr, biz qətiyyətli cavab verəcəyik".Prezident Pezeşkian İslamabad Sazişi ilə bağlı qeyd edib: "Biz Trampla razılığa gəlmişdik; saziş imzalanmışdı və biz hələ də onun irəli aparılmasının tərəfdarıyıq. Sazişin çərçivəsi ilə bağlı da razılıq əldə olunmuşdu".Hörmüz boğazından keçid məsələsinə toxunan Pezeşkian deyib: "Biz Hörmüz boğazını bağlamamışdıq; boğaz açıq idi. Onlar heç bir əsas və ya hüquqi zəmin olmadan bizə hücum etdilər."