Okt 20, 2018 12:19 Asia/Baku
  • İranlı məktəblilər beynəlxalq riyaziyyat olimpiadasının qalibi olublar
    İranlı məktəblilər beynəlxalq riyaziyyat olimpiadasının qalibi olublar

İstedadlı iranlı məktəblilər İngiltərədə keçirilən "WMC" beynəlxalq riyaziyyat olimpiadasının qalibi olublar.

Tehran Riyaziyyat Evi-nin müdiri Mostəfa Nuri IRNA ilə müsahibədə deyib: Yeddincidən on birinciyədək olan siniflərdə oxuyan və 12-16 yaşlar arasında olan 51 istedadlı iranlı məktəbli İngiltərədə keçirilən "WMC" beynəlxalq riyaziyyat olimpiadasında otuz qızıl, 38 gümüş və 39 bürünc medal, həmçinin üç fərdi kubok və səkkiz "Ural" medalı qazanmağa müvəffəq olubdur.

Tehran Riyaziyyat Evi müdirinin sözlərinə görə, beynəlxalq riyaziyyat olimpiadası eyni zamanda altı ölkədə keçirilib və iranlı məktəblilər ABŞ, Bolqarıstan, Hindistan və Avstraliya məktəblilərinin kənarında İngiltərədə keçirilən bu olimpiadada iştirak ediblər.

Nuri əlavə edib: On üç iranlı məktəbli beynəlxalq riyaziyyat olimpiadasının ikinci yekun mərhələsinin yay müsabiqəsində iştirak üçün seçilib. Bu müsabiqə gələn il Avstraliyanın Melburn universitetində keçiriləcək.

Teqlər