Okt 22, 2018 13:48 Asia/Baku
  • Dünya Güləş Çempionatı; İran sərbəst güləş üzrə medallarının sayını ikiyə çatdırdı
    Dünya Güləş Çempionatı; İran sərbəst güləş üzrə medallarının sayını ikiyə çatdırdı

Budapeştdə keçirilən yarışlarda İranlı güləşçi Pərviz Hadi 125 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

İRNA-nın məlumatına görə, Pərviz Hadi 125 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizədə Rusiyalı rəqibini 11-2 hesabı ilə məğlub etməyi bacarıb. 

Bundan öncə Həsən Yəzdani 86 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. 

İzzətullah Əkbəri və Əlirza Kərimi də 79 və 92 kq çəki dərəcələrində bürünc medal uğrunda bu gün mübarizə aparacalqar. 

Dünya Güləş Çempionatı - 2018 Macarıstanın paytaxtı Budapeştdə keçirilir. 20 oktyabrda start götürən yarışlar 28 oktyabra kimi davam edəcək. 

Teqlər