İran və Qazaxıstan arasında tibb və səhiyyə sahəsində əlaqələr genişlənir
İran İslam Respublikasının səhiyyə naziri ilə Qazaxıstanın səhiyyə naziri səhiyyə və tibb sahəsində əməkdaşlıqlara dair anlaşma sənədi imzalayıblar.
İRİB-nin verdiyi məlumata görə, İranın səhiyyə naziri Seyid Həsən Qazızadə Haşemi və Qazaxıstanın səhiyyə naziri Yelejan Bertanov Almatı bəyannaməsinin 40-cı ildönümü mərasiminin kənarında görüşərək, iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinə dair anlaşma sənədi imzalayıblar.
Bu anlaşma sənədi müalicə xidmətləri, təcili tibbi yardımlar, tibb sahəsində elmi tədqiqatların aparılması, birgə dərman və tibb ləvazimatlarının istehsalı, informasiya mübadiləsi, təcrübə mübadiləsi , birgə elmi konfransların keçirilməsi, qısa müddətli təlim kurslarının təşkili və digər əməkdaşlıqları əhatə edir.