Noy 11, 2018 21:44 Asia/Baku
  • İran karatesi üçüncü dəfə dünya çempionu olub
    İran karatesi üçüncü dəfə dünya çempionu olub

İranın karate üzrə milli komandası Türkiyəni məğlub edərək, dalbadal üçüncü dəfə və bu dəfə Madriddə keçirilən 24-cü dünya çempionatının qalibi olubdur.

Şəhram Herəvinin yetirmələri bu gün Madriddə keçirilən 24-cü dünya çempionatının finalında 3-2 hesabı ilə Türkiyə karateçilərini məğlub edərək, üçüncü dəfə bu yarışların ən dəyərli medalını əldə ediblər.

İran karateçiləri finala çıxmaq üçün ilk dövrdə istirahət etdikdən sonra birinci görüşdə 3-0 hesabı ilə Ermənistan karateçilərini məğlub ediblər.

İdmançılarımız ikinci görüşdə Seneqal təmsilçilərini 3-0 hesabı ilə məğlub ediblər. İordaniya İranın üçüncü rəqibi idi ki, 3-1 hesabı ilə İrana məğlub oldu.

İranın karate üzrə milli komandası finala çıxmaq üçün İtaliya yığması ilə qarılaşıb və bu qarşılaşma zamanı üç ardıcıl qələbə əldə edərək, 24-cü dünya çempionatının finalına vəsiqə qazanıbdır.

Bundan öncə İranın karate üzrə milli komandası 2014 və 2016-cı illərdə də dünya çempionu olmuşdu.

Teqlər