İran; dünyada ən çox xarici tələbə qəbul edən ölkə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i329420-İran_dünyada_ən_çox_xarici_tələbə_qəbul_edən_ölkə
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO xarici tələbələrin qəbul edilməsi üzrə İranın ən yüksək inkişaf tempinə malik olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2018 10:03 Asia/Baku
  • İran; dünyada ən çox xarici tələbə qəbul edən ölkə
    İran; dünyada ən çox xarici tələbə qəbul edən ölkə

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO xarici tələbələrin qəbul edilməsi üzrə İranın ən yüksək inkişaf tempinə malik olduğunu bildirib.

İRİB-nin məlumatına görə, YUNESKO ən son hesabatında bildirib: 2011-2016-cı illərdə İran universitetlərinə qəbul edilən xarici tələbələrin sayı üç dəfədən çox artıb. 

2016-2017-ci təhsil ilində yenilənən ən son məlumata əsasən İran universitetlərinə qəbul edilən tələbələrin sayı 14356 nəfərə çatıb. 

İranın elmlər nazirinin əvəzedicisi Hüseyn Salar Amoli 2018-2019-cu təhsil ilinin başlanğıcında deyib: Hal hazırda İranda 55 min xarici tələbə təhsil alır. 

YUNESKO-nun məlumatına əsasən xarici tələbələrin qəbulu üzrə artan inkişaf tempi üzrə Türkiyə böyük fərq ilə ikinci yerdə durur.