Hifzetmə yolu ilə Qurani-Kərimin cüzoxuma mərasimi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i341352-hifzetmə_yolu_ilə_qurani_kərimin_cüzoxuma_mərasimi
Quran ilə ünsiyyət və bu böyük ilahi möcüzənin qorunması hərəkatının yaradılması ictimai təhdidlər və problemlərlə mübarizə üçün münasib həll yoludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2019 16:21 Asia/Baku
  • Hifzetmə yolu ilə Qurani-Kərimin cüzoxuma mərasimi
    Hifzetmə yolu ilə Qurani-Kərimin cüzoxuma mərasimi

Quran ilə ünsiyyət və bu böyük ilahi möcüzənin qorunması hərəkatının yaradılması ictimai təhdidlər və problemlərlə mübarizə üçün münasib həll yoludur.

Quranın nazil olduğu ayda burada, İslami İrana mühacirət etmiş ilk ələvi mühacir- Həzrət Muhəmməd Hilal İbn Əli(ə)-ın hərəmində və Quran qiraətçilərinin görüş yerinin kənarında təşəbbüs mərasimi keçirilir.

 Hifzetmə yolu ilə Qurani-Kərimin cüzoxuma mərasimi ilk dəfə olaraq ölkə səviyyəsində şərəfli Ağa Hilal İbn Əli(ə) məscidinin kənarında təşkil olunur. Bu məcmuədə fəaliyyət göstərən hafizlərdən 200 nəfərdən çoxunun iştirakı ilə hər gecə bu tədbir boyunca "Hilal" Quran hafizləri və qiraətçiləri məcmuəsinin hafizlərindən dörd nəfər buraya toplaşır. Bütövlükdə hafizlərdən altmış nəfər bu əziz ay boyunca qiraətlə məşğul olur.

Bura bir Quran, digər bir həyat və bir ibarə deyil, əksinə bir araşdırmadır. Hər bir yaş qrupundan və hər bir təbəqədən olan kəslərin vəhy ayələrinin qorunması üçün bir yerə toplaşdıqları zaman ona baxırsan.

On bir yaşım var. Üç ildir, Quran dərsinə gəlirəm və 17 cüzü yadda saxlamışam.

 Bu tədbirdə möhtərəm hafizlərdən istifadə səbəb olub ki, bir çox məktəbli bizimlə əlaqə saxlamış olsun. Bir çoxları Quranın hifzi və anlamlarına daha artıq maraq göstərmiş olsunlar.

Ölkənin nümunəvi Quran şəhərinin əhalisi, vucudu Allah olan həyat dərsini bəyan edir. Bu əhalinin həyat dərsi bəs edər ki, Quranın hörmətinə həmrəy və həmzaman surətdə onun hifzini canla-başla seyr etmiş olsun.

 Quranın gözəl və ecazkar cəhətlərindən biri, onun hifzlə oxunması məsələsidir. Şəxsə özünəinam, təmərküzləşmə, yiyəlik və zehni qüdrət verən hifzləoxuma məncə, Quranın inkişaf etdirilməsində nəzərdə tutulmalı olan möcüzələrdəndir.

Quran ilə ünsiyyət və bu böyük ilahi möcüzənin qorunması hərəkatının yaradılması ictimai təhdidlər və problemlərlə mübarizə üçün münasib həll yoludur.

Arane Bidqol Quranın birinci cüzündən otuzuncu cüzünədək iki min Quran hafizinə malikdir və ümid edilir ki, hifzetmə mərasiminin keçirilməsilə uşaqlar və yeniyetmələrin Qurana və onun hifz olunmasına doğru təmayülü artacaqdır.