İqtisadi müstəqillik astanasında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i342143-İqtisadi_müstəqillik_astanasında
İranlı gənclərin təfəkkürü, yaradıcılığı və çalışqanlığı bəzən istehsalı iflic edən amil kimi yad edilən sanksiyaları bir çox ölkələr üçün inanılmaz olan nailiyyətlərə çevirə bildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 17:00 Asia/Baku
  • İqtisadi müstəqillik astanasında
    İqtisadi müstəqillik astanasında

İranlı gənclərin təfəkkürü, yaradıcılığı və çalışqanlığı bəzən istehsalı iflic edən amil kimi yad edilən sanksiyaları bir çox ölkələr üçün inanılmaz olan nailiyyətlərə çevirə bildi.

Müqavimət və sayıqlıq gənc istedadlar üçün yeganə qarşıda duran yoldur. İsfahanda “SA-İran” tibb təchizatları sənayesində izlənilmiş bir hədəfdir.

Müsahibə: Son illərdə özünəməxsus texnologiyalara nail ola bilmişik.

Bu qənaətdədirlər ki, bütün təchizatlar yerli olmalıdır.

Müsahibə: İranda ilk şirkətik ki, ölkədə sənaye maderbordu, yəni ana lövhəsi istehsal edirik. Ürək siqnalının gücləndiricisidir ki, bundan öncə Amerikadan idxal edilirdi. Bu, əvvəllər alman şirkətlərdən əldə olunan qan təzyiqinin ölçülməsi majoludur.

Xəstənin narkoz edilməsi miqdarının ölçülməsi aparatının düzəldilməsi üçün beş il tədqiqat və səy bais olub ki, bu məhsul Amerikanın və Avropa ölkələrinin inhisarından çıxmış olsun.

Müsahibə: Bu aparat anestezoloqa kömək edəcək ki, xəstəyə vurulan narkoz maddəsinin dozasına nəzarət etmiş olsun.

Son texnologiya ilə ürəyin həyati əlamətlərinin monitorları.

Müsahibə: Əgər xəstələrin sayı çox olarsa, axırdakı çarpayıları görmək mümkün olmaz. Ölkədə ilk dəfə olaraq MRS sistemi böyük monitora çevriləcək ki, şəfqət işçisi asanlıqla xəstələri nəzərdən keçirə bilsin.

Ölkədə cərrahiyyə sakşeni aparatları üzrə ilk konstruktor və istehsalçıdırlar.

Müsahibə: Bizim məhsullarımız İsveçrə məhsulları ilə rəqabət aparır. Burada çox sərt və çətin sınaqlar həyata keçirilir.

Müsahibə: Ölkənin cərrahiyyə otaqları və müalicə mərkəzlərinin 90 faizi bu daxili məhsuldan istifadə edir.

Müsahibə: Bu əməliyyat otağında istifadə etdiyimiz bütün bu sakşen aparatları tamamilə İran məhsuludur və xarici nümunələrdən əsla fərqlənmirlər.

Məhsullardan əlli milyon dollardan çox ixrac edilməsi göstərir ki, əgər oxşar məhsulların idxalatının qarşısı alınarsa, bu miqdardan çox həcmdə də istehsal mümkündür.