Salavatın kütləvi xətmi hərəkatında 68 ölkə iştirak edib
-
Salavatın kütləvi xətmi hərəkatında 68 ölkə iştirak edib
Mübarək ramazan ayında İran İslam Respublikası televiziyasının Quran və Maarif kanalı tərəfindən keçirilən salavatın kütləvi xətmi hərəkatında dünyanın 68 ölkəsi iştirak edib.
Mübarək ramazan ayının yarısında, dünya şiələrinin ikinci imamı İmam Həsən(ə)-ın mövludu gecəsindən başlanaraq, səadətli fitir bayramınadək davam edən salavatın kütləvi xətmi hərəkatında İran televiziyasının Quran və Maarif kanalının tamaşaçı və istifadəçiləri 296 milyondan çox salavat qeydə aldırıb, xətm edərək, misli görünməmiş rekord vurubblar.
Bu layihə ilk dəfə olaraq Həzrət Mehdi(əc)-in mövludu günlərində üçdilli xüsusi online sisteminin konstruksiyası ilə İran televiziyasının Quran və Maarif kanalının saytında icra olundu və istifadəçilərin böyük rəğbəti ilə üzləşdi və qərar üzrə bundan sonra “salavatın beynəlxalq kütləvi xətmi hərəkatı” adı altında öz işini davam etdirməlidir.