İranda yerli turizm mədəniyyətinin gücləndirilməsinə səy göstərilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i342362-İranda_yerli_turizm_mədəniyyətinin_gücləndirilməsinə_səy_göstərilir
Yerli turizm mədəniyyətinin gücləndirilməsi ölkə kəndlərində iqtisadiyyatın rövnəq tapmasına və bölgədə turist cəzbinə səbəb olacaq. Bugünkü turizm reportajı Zəncan vilayətilə bağlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2019 14:40 Asia/Baku
  • İranda yerli turizm mədəniyyətinin gücləndirilməsinə səy göstərilir
    İranda yerli turizm mədəniyyətinin gücləndirilməsinə səy göstərilir

Yerli turizm mədəniyyətinin gücləndirilməsi ölkə kəndlərində iqtisadiyyatın rövnəq tapmasına və bölgədə turist cəzbinə səbəb olacaq. Bugünkü turizm reportajı Zəncan vilayətilə bağlıdır.

Bura, Tarom şəhrestanının Şit kəndidir. Bizim hekayətimizin qadın qəhrəmanının ocağı həmişə isti, çayı da həmişə hazırdır.

Evlər məhəbbət və dostluqla xalça ilə döşənib.

İncəlin, Gəlabər, Dərsəcin, Şiladər, Xoin, Biyər yamyaşıl bağ evləri ilə yoldan keçən hər kəsi məftun edir.

Müsahibə(kişi): Bu evlərə daxil olarkən kənd iyi hiss olunur.

Bu kənddəki evlərin qapıları yerli turizm layihəsinin icrası ilə turistlərin üzünə açıqdır.

Müsahibə(kişi): Elə ənənəvi yeməkxanalar mövcuddur ki, içərilərində balıqyetişdirmə məkanı da vardır. 3-4 yerli turizm evinə malikdir. Buraya gələn müsafirlərin məskunlaşdırılmaları üçün.

Hər bir turistin ölkəmizə daxil olmasının orta gəliri təqribən 1500 dollardır ki, bu da əlli dollarlıq 30 barrel neftin satışına bərabərdir.

Müsahibə(kişi): Mənzil fondu ilə əldə etdiyimiz razılığa əsasən, yerli turizm evi xüsusiyyətlərinə malik olan əziz kənd sakinlərinin evlərinin çevrilməsi üçün iki dənə yüz milyon riyallıq şərait mövcuddur.

Kənddəki yerli turizm evlərinin kənarındakı ənənəvi evlər də bu günlər yaxşı rövnəqə malikdirlər.

Müsahibə(kişi): Ölkəmiz səviyyəsində təqribən 2500 ənənəvi və yerli turizm evi vardır. Zəncan vilayətinin müxtəlif nöqtələrində yüz belə ev fəaldır.

İran Ümumdünya Turizm Təşkilatı tərəfindən elan olunmuş statistikalara əsasən, təbii cazibədarlıqlar baxımından dünyada beşinci, tarixi cazibədarlıqlar cəhətdən isə dünya üzrə onuncu yerdə durur.

Müsahibə(kişi): Zəncan vilayətinə ildə təqribən yeddi min xarici turist gəlir ki, onların azı otuz faizi bu evlərdə məskunlaşdırılır.

İqtisadçılar istehsalın rövnəqi ardıncadırlar ki, turizm sənayesi, öz investorlarına aid etdiyi yüksək gəlirlə bu hədəfə çatmaq üçün kəsmə bir yoldur.

1404-cü il üfüqünədək planlaşdırılıb ki, turistlərimizin sayı 20 milyon nəfərə çatsın və ondan əldə olunan gəlir 30 milyard dollardır ki, əgər bu hadisə baş verərsə, özü ilə iqtisadi rövnəq də gətirəcəkdir.