Yunan-roma güləşi üzrə gənc nümayəndələrimiz dünya çempionatında medallar əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i346709-yunan_roma_güləşi_üzrə_gənc_nümayəndələrimiz_dünya_çempionatında_medallar_əldə_ediblər
İranın yunan-roma güləşi üzrə nümayəndələri bu idman növü üzrə gənclərin dünya çempionatında 2 qızıl və 2 bürünc medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2019 04:06 Asia/Baku
  • Yunan-roma güləşi üzrə gənc nümayəndələrimiz dünya çempionatında medallar əldə ediblər

İranın yunan-roma güləşi üzrə nümayəndələri bu idman növü üzrə gənclərin dünya çempionatında 2 qızıl və 2 bürünc medal əldə ediblər.

Dünən gənclərin yunan-roma güləşi üzrə dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə yarışlarının sonunda 77 və 130 kiloqram çəki dərəcələrində yarışan Mohəmməd Naqusi və Əli Əkbər Yusefi qızıl medal əldə ediblər.

55 və 63 kiloqram çəki dərəcələrində yarışan Puya Dadmərz və Şahin Bədaği isə bürünc medalçı olublar.

Gənclərin yunan-roma güləşi üzrə dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə yarışları cümə və şənbə günləri Estoniyanın Tallin şəhərində keçirilibdir.