İranın kişi karateçiləri “karate one” yarışlarında 2 bürünc medal qazanıblar
Sen 08, 2019 17:26 Asia/Baku
İranın kişi karateçiləri Yaponiyada keçirilən “karate one” beşinci yüksək liqa yarışlarının sıralama görüşlərində öz rəqiblərini məğlub edərək, iki bürünc medal qazanıblar.
Bu istiqamətdə Məcid Həsənniya 60 kiloqramdan aşağı çəki dərəcəsində, Bəhmən Əsgəri isə 75 kiloqramdan aşağı çəki dərəcəsində öz rəqiblərini məğlub edərək, bürünc medal qazanıblar.
Həsənniya bundan öncə Paris və Şanxay yarışlarında müvafiq olaraq, bir qızıl və bir bürünc medal qazanmışdı.
Əsgəri də bundan öncə Avstriyanın Salsburq şəhərində keçirilən yarışlarda bürünc medal əldə etmişdi.
“Karate one” beşinci yüksək liqa yarışları sentyabrın 6-dan Yaponiyanın paytaxtı Tokioda başlanıb və İran komandası qadınlar və kişilərin kata və komite bölmələrində yarışıbdır.