40 İran universiteti dünyanın ən yaxşıları arasında
-
40 İran universiteti dünyanın ən yaxşıları arasında
Dünyadakı universitetlərin son sıralamasına görə, 40 İran universiteti dünyanın ən yaxşı universitetləri sırasındadır.
Times Ali Təhsil İnstitutu 2019-cu ildə nəşr olunan 2020-ci il redaktəsində İranın ən yaxşı 40 universiteti arasında biriinci yeri Babol şəhərinin Nouşirvani Sənaye Universitetinə veribdir.
Qeyd olunan İran universitetləri arasında Şərif Texnologiya Universiteti, Tehran Tibb Elmləri Universiteti, İran və Gilan Elm və Texnologiya Universitetləri də var.
Times Reytinq Sisteminin 2020-ci il nəşrində 92 ölkədən 1396 müəssisə dəyərləndirilərək, sıralanıbdır.
Times Beynəlxalq Ali Təhsil Reytinqi, 13 kəmiyyət ölçüsü əsasında təhsil, beynəlxalq dünyagörüşü, araşdırma, istinadlar və sənaye gəlirləri kimi beş sahədə dünyanın aparıcı müəssisələrini sıralayır.
Reytinqdəki ilk 10 universitetə Oksford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kembric Universiteti, Stenford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Prinston Universiteti, Harvard Universiteti, Yel Universiteti, Çikaqo Universiteti və London İmperial Kolleci daxildir.