Boş əllərlə ev emalatxanasından sənaye zavodunadək iş yerinin yaradılması
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348411-boş_əllərlə_ev_emalatxanasından_sənaye_zavodunadək_iş_yerinin_yaradılması
İranın Mazandaran vilayətinin “Omid” məşğulluq fondu cari ildə Mazandaranda 500-dən çox layihəyə azfaizli kredit veribdir ki, bu layihələrdən bəhrələnməklə indi mindən çox iş yeri yaranıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2019 16:04 Asia/Baku
  • Boş əllərlə ev emalatxanasından sənaye zavodunadək iş yerinin yaradılması
    Boş əllərlə ev emalatxanasından sənaye zavodunadək iş yerinin yaradılması

İranın Mazandaran vilayətinin “Omid” məşğulluq fondu cari ildə Mazandaranda 500-dən çox layihəyə azfaizli kredit veribdir ki, bu layihələrdən bəhrələnməklə indi mindən çox iş yeri yaranıbdır.

Bəlkə də bizlərdən çoxumuz malik olduğumuz ideyalarla bir işə başlamaq və məşğulluq yaratmaq ardıncayıq, amma sərmayənən azlığı və ya çatışmazlığına görə, onun icrasından vaz keçirik.

Cənab Momeni Babol şəhərinin gənclərindəndir. O, öncə bu bölgənin imkanlarını öyrəndi.

m.k- Mazandaran ildə üç milyon ton yerdəqalan məsul istehsal edir. Bu məhsullar təəssüflər olsun ki, təqdim olunarkən qiymət azalması ilə üzləşirlər.

İmkanların aşkar edilməsnin kənarında “Omid” məşğulluq fondundan 150 milyon tümənlik kredit alaraq, kiçik bir istehsal emalatxanasını da işə saldı.

m.k- Bu gün meyvə çipsi, turşu məmulatları və tomat istehsalı sahəsində fəaliyyət göstəririk. Hər ay 20 tona yaxın meyvə alırıq. Və bizim çıxışımız, təqribən beş ton məhsuldur.

Cənab Rəşidi də Cuybar məntəqəsində özündən əlavə, bir neçə nəfər üçün məşğulluq yarada bilibdir. Və yaradılmış gəlirdən də razıdır.

m.k- Hər bir dişi dəvəquşundan 18-22 milyon tümən mənfəət əldə edirik.

Nekanın “Kuhsar kəndə” məntəqəsində də kənd sakinlərindən 9 nəfər maldarlığı genişləndirmək üçün 8 milyard riyala yaxın azfaizli kredit alıbdır.

Vilayətin “Omid” məşğulluq fondu da cari ildə iş axtaran və iş yaradan şəxslərə indiyədək 300 milyard riyal ödəyibdir.

m.k- İş yeri yaradan ideyaları biz bir neçə dəfə elan etdik. Məşğulluq yaratmaq ideyası olan bizə müraciət edən sahibkarları himayə edirik.

Bir sözlə, davamlı məşğulluq yaratmaq üçün ciddi-cəhdlə fəaliyyət göstərin.