Asiya voleybol çempionatı; İran-Şri-Lanka: 3:0
Sen 14, 2019 02:18 Asia/Baku
-
Asiya voleybol çempionatı; İran-Şri-Lanka: 3:0
İranın milli voleybol komandası dünən kişilərin Asiya çempionatı yarışlarında Şri-Lanka yığmasına qalib gəlib.
İranın milli voleybol komandası kişilərin Asiya çempionatının ilk görüşündə dünən İran vaxtı ilə saat 18-30 dəqiqədə Tehranın 12 min nəfərlik “Azadi” idman zalında Şri-Lanka yığması ilə görüşüb və üç set dalbadal bu komandanı məğlub edibdir.
İran yığması bu oyunun üç setini müvafiq olaraq, 25-15, 25-17 və 25-23 ilə hesabı ilə öz xeyrinə qurtarıbdır.
İran komandası bu gün kişilərin Asiya çempionatının ikinci görüşündə Qətər yığması ilə görüşəcək.
Voleybol üzrə 20-ci Asiya yarışları sentyabrın 13-dən 21-dək Tehranda keçirilir.