Yaxın Şərqdə nano texnologiyası ilə ilk UPVC profillər istehsalı obyekti
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348720-yaxın_Şərqdə_nano_texnologiyası_ilə_ilk_upvc_profillər_istehsalı_obyekti
Yaxın Şərqdə nano texnologiyası ilə ilk UPVC profillər istehsalı obyekti İranın qərbində yerləşən Kermanşah vilayətində işə salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2019 16:06 Asia/Baku
  • Yaxın Şərqdə nano texnologiyası ilə ilk UPVC profillər istehsalı obyekti
    Yaxın Şərqdə nano texnologiyası ilə ilk UPVC profillər istehsalı obyekti

Yaxın Şərqdə nano texnologiyası ilə ilk UPVC profillər istehsalı obyekti İranın qərbində yerləşən Kermanşah vilayətində işə salınıb.

UPVC qapı və pəncərəsi düzəltmək üzrə profillər.

Kermanşah ətrafındakı bir zavodun məhsulları.

Zavodun məsul şəxslərinin sözlərinə görə, bunun kimi Qərbi Asiyada məhsul istehsal olunmur. Yəni onlar Yaxın Şərqdə nano texnologiyası ilə yeganə UPVC profilləri istehsalçısıdırlar.

Müsahibə: Bizim məhsullar ağ və rəngli profillər kimi istehsal olunur. İstehsal etdiyimiz məhsulun bir hissəsi daxili istehlak, digər bir hissəsi isə ixracat üçün nəzərdə tutulubdur.

Bu iddiaya əsasən, bu məhsul üzrə Asiyada 2-ci, dünyada isə dördüncü istehsalçıdırlar.

Müsahibə: Bu zavodda məhsullar nano texnologiyasından istifadə ilə istehsal olunur və istifadə edilən zərrəcik nano, bu məhsulların işıq qarşısında müqavimətlərinin artmasına səbəb olur.

Onlar nano texnologiyasından istifadə ediblər ki, ildə 3600 ton məhsul istehsal etmiş olsunlar. Məhsulların bir hissəsi İraq və Gürcüstan bazarlarına göndərilir, təqribən 500 min dollar ilə.

Müsahibə: Nano texnologiyası istehsalda ehtiyac duyduğumuz məziyyət və yaxşı xüsusiyyətləri bizə verir. Yəni soyuq və isti, istilik və UV şüası qarşısında yüksək müqavimətə malikdir.

Müsahibə: Bizim istehsalda istifadə etdiyimiz xammalın hamısı daxildən təmin olunur və xammalın təmini sahəsində problemimiz yoxdur.

İstehsal olunmuş məhsul sonda bu bölməyə çatır.

Müsahibə: Bu məkanda istehsal olunan profillər dünyanın ən modern dəzgahları və gənc qüvvələr ilə qapı və pəncərəyə çevrilirlər.

Müsahibə: Var gücümüzlə çalışırıq ki, müştəriyə keyfiyyətli və birinci dərəcəli məhsul təhvil vermiş olaq.

Hazırda bu zavodda fəaliyyət göstərən 40 nəfərin məşğulluğuna zəmin yaranıbdır.

Digər bir istehsal xəttinin yaradılması və ixracatın artırılması bu zavodun inkişaf layihəsində nəzərdə tutulub.