Fars şeri və ədəbiyyatı üzrə milli gün
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i348903-fars_şeri_və_ədəbiyyatı_üzrə_milli_gün
Şəhrivərin 27-si, sentyabrın 20-si, İranın böyük müasir şairi Şəhriyarın vəfatının ildönümü günü, illər boyudur ki, İran təqvimində fars şeri və ədəbiyyatı üzrə milli gün kimi qeydə alınıb və qeyd olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2019 14:53 Asia/Baku
  • Fars şeri və ədəbiyyatı üzrə milli gün
    Fars şeri və ədəbiyyatı üzrə milli gün

Şəhrivərin 27-si, sentyabrın 20-si, İranın böyük müasir şairi Şəhriyarın vəfatının ildönümü günü, illər boyudur ki, İran təqvimində fars şeri və ədəbiyyatı üzrə milli gün kimi qeydə alınıb və qeyd olunur.

Məhəmməd Hüseyn Mir Ağa oğlu Xoşknabizadə-Təbriz Məşrutə illərində Tehrana yola düşmüşdü ki, tibbi təhsil almış olsun. Lakin ondan xəbərsiz idi ki, şer təbiəti və aşiq ruhu onu Ustad Şəhriyar edəcəkdir.

m.k- Ustad Şəhriyarın “Heydər babaya salam” şeri dünyanın 68 rəsmi dilinə çevrilib və milli universitetlərdə tədris olunur.

Şəhriyar şairlik fəsillərini Bəhar, Səba, Nima, Saye və Pərvinlə keçiribdir.

Şəhriyar- Şer oxuyarkən həm Pərvindən şer oxumasını istəyirdilər, həm də məndən. Mən zərif qəzəllər oxuyurdum, o da ağır qəsidə və qitələr.

Azərbaycan diyarının vurğun şairi öz şerlərini yaşayıbdır. Yüksək ruhunun qoşduğu şerləri elə ilk gündən ruh oxşayırdı.

Rəhbər-

Vüsal zamanı da sənin şövqündən ey gül, yanıram,

Aşiq olmursan ki, görəsən, nə çəkibən alovlanıram.

Rəhbər- Bu beyt     şer gözəlliyi və  şer kamalının ən yüksək həddindədir.

Şiələr daha Kərbəla havasına düşüblər, Hüseyn!

Ürəkləri daha Kərbəla karvanı ilədir, Hüseyn!

m.q- Şəhriyar Azərbaycan və İranın beynəlxalq və mənəvi körpüsüdür.

Şəhriyarın əslliyi, təvazökarlığı, sadəliyi, sədaqəti və hörməti şerlərinin hər bir kəlməsində yer alıbdır.

m.k- Şəhriyarın farsca və türkcə poemalarında 800-ə yaxın şəxsin adı işlənibdir. Həzrət Əli(ə)-ın adı Şəhriyar poemasının ən yüksək tezliyində durur.

Şirin sözlü Şəhriyar günəş tarixi ilə 1367-ci il şəhrivər ayının 27-də gözlərini dünyaya yumdu, amma onun gözəl şerləri əbədi olaraq, ürək əhlinin dilinin bəzəyi olacaqdır.