İran voleybol üzrə Asiya çempionatının yarımfinalına vəsiqə qazanıb
Sen 20, 2019 04:40 Asia/Baku
İranın milli voleybol komandası dünən Asiya çempionatının dörddə bir final görüşündə Tayvan komandasını məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
İranın milli voleybol komandası Asiya çempionatının dörddə bir final görüşündə dünən İran vaxtı ilə saat 18:45 dəqiqədə Tehranın on iki min nəfərlik “Azadi” idman kompleksində Tayvan komandası ilə görüşərək, dalbadal üç setdə bu komandanı məğlub edib.
İranın milli voleybol komandası bu gün Asiya çempionatının yarımfinal görüşündə saat 18:30 dəqiqədə “Azadi” idman kompleksində Cənubi Koreya yığması ilə qarşılaşacaq.
Voleybol üzrə iyirminci Asiya çempionatı sentyabrın 13-dən 21-dək Tehranda keçirilir.