İran prezidenti Novruz münasibətilə bir qrup region ölkəsinin başçısını təbrik edib
İran prezidenti ayrıca müraciətlərdə Novruzun gəlib çatması və 1399-cu günəş ilinin başlanması münasibətilə Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan Respublikası, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq və Özbəkistanın dövlət başçılarını təbrik edib.
Həsən Ruhani bu gün bu müraciətlərdə yerin canlanması fəsli olan Novruzun gəlib çatması və 1399-cu günəş ilinin başlanması münasibətilə öz təbrikini bildirərək, deyib: Novruz, bu qədim və möhtəşəm ənənə, eşq və məhəbbət müjdəçisidir və bahar, təbiətin varlığına həyat ruhunun aşılanması, böyük ilahi qüdrətin cilvələnməsi, yenilənmə fəsli və insanların varlığı və ruhundan kədər qubarının zilinməsi zamanıdır.
Ruhani söyləyib: Builki novrus təəssüflə, koronavirusun İrana və bir çox ölkəyə daxil olması ilə bir zamana təsadüf edib və təhlükəli virusdan irəli gələn böhrandan keçmək üçün həmkarlığı daha artıq zəruri edibdir.
İran prezidenti vurğulayıb: Novruz sivilizasiyası hövzəsinin ölkələri öz dərman və müalicə imkanlarını səfərbər etməklə bir-birilərinə kömək etməlidirlər ki, bu hücumçu virusa qalib gəlməklə Novruz bayramını öz xalqlarının bərəkəti və sağlamlıqlarının təmini mərasiminə çevirmiş olsunlar.
Ruhani habelə Allah-Taaladan Novruz sivilizasiyası hövzəsinin ölkələrinə sağlamlıq və uğur diləyib.
Novruz bayramı İran köklü bir bayramdır və dünyada 300 milyon nəfərdən çox insan İran xalqının bu qədim ənənəsini bayram edir.
RUHANİDƏN DÜNYA ÖLKƏLƏRİNƏ NOVRUZ TƏBRİKİ