İyun 08, 2020 22:08 Asia/Baku
  • Nanotexnologiya koronaya daha həssas olan xəstələri müəyyənləşdirir

Tədqiqatçılar virusa daha həssas olan insanları müəyyən etmək üçün istifadə edilə biləcək bir platforma hazırladılar.

SəhərAzəri -  Nanotexnologiyanın inkişafı qərargahına istinadən; Miçigan Dövlət Universitetinin dəqiq sağlamlıq proqramı olan Radiologiya kafedrasının dosenti Morteza Mahmudinin yazdığı məqalədə bildirilir ki, Gələcəkdə infeksiyanın diaqnozu və ya riskin qiymətləndirilməsi üçün nanohissəciklərdən istifadə olunan bir diaqnostik platforma hazırlanmişdir.

Mahmudi bildirir: “Belə texnologiya yalnız səhiyyə mərkəzlərində istifadə olunmayacaq, ayrıca sağlamlıq mənbələrinin çatışmazlıqlarının idarə edilməsi və ölüm səviyyəsini minimuma endirməkdə habelə  gələcəkdə epidemiyaların idarə olunmasını asanlaşdırmaqda olduqcq faydalı ola bilər.”

Onun sözlərinə görə, bu konsepsiya müxtəlif infeksiya səviyyələrinə və göz yaşları, tüpürcək, sidik və plazma kimi bioloji mayelərin tərkibindəki dəyişikliklərin müəyyən olunduğu mərhələlərə əsaslanır; belə ki Fərqli infeksiyalarin və xəstəliklərin müxtəlif mərhələlərində fərqli və xüsusi nümunələri olur ki hər təzahüründə barmaq izlərinə bənzərtam tam ixtisaslaşır və başqa nümunələrlə tam fərqlənir.

Mahmududi hesab edir ki, bu nümunələri müəyyənləşdirmək və kataloqlaşdırmaq qabiliyyəti xəstəlik diaqnoz texnologiyasında hər hansı bir irəliləyişı müəyyənləşdirmək üçün vacib ola bilər; diyaqnoza başlamaq üçün xəstənin bioloji mayelərinə bəzi nanohissəciklər əlavə olunur. Bu nanohissəciklərin unikal səthi bədəndəki mayelərdən zülallar, lipidlər və digər molekulları toplayır.

Tədqiqatçı həmin yol ilə əldə edilmiş nümunələri Tac adlandırır və deyir: Tacların tərkibini təhlil edərək statistik yanaşmalardan istifadə edib, həmin nümunələri hər bir xəstə üçün barmaq izi kimi ixtisaslaşdırılmış nümunə kimi istifadə etmək olur, və bu nümunələrə baxaraq, koronavirusdan ölüm riski başqaları ilə müqayisədə çox olanları müəyyən edə bilərik.

Qeyd etdi: Bu texnologiyada əhəmiyyətli nöqtə, onun sadə diaqnoz prosesidir ki xəstələr üçün çox rahat müayinələrə zəmin yaradır, belə ki yalnız bioloji mayeləri yoxlamaq lazım olduğundan, çox mürəkkəb vasitələr tələb olunmur.

Mahmudinin sözlərinə görə, nanotexnologiya erkən mərhələlərdə yüksək riskli xəstələrin aşkarlanmasına kömək edə bilər və bunun nəticəsində, proflaktik tədbirlər və müalicə prosesində xəstələrin çox saylı olmasından yarana biləcək çatışmazlıqların qarşısı alına bilər.

 

 

Teqlər