İyul 11, 2020 18:01 Asia/Baku
  • Qanda şəkərin yüksək olması koronavirus xəstələri üçün təhlükəlidir

Son bir araşdırmanın nəticəsinə görə, şəkər xəstəsi olmayan, Lakin qanında şəkərin miqdarı yüksək olan COVİD-19-a yoluxmuş xəstələrdə ölüm ehtimalı, şəkəri aşağı olan insanlara nisbətən iki dəfə çoxdur.

SəhərAzəri - Fars xəbər agentliyinin "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu yaxınlarda aparılan bir araşdırmanın nəticəsi onu göstərir ki, şəkər xəstəsi olmayan, Lakin qanında şəkərin miqdarı yüksək olan COVİD-19-a yoluxmuş xəstələrdə ölüm riski, şəkəri aşağı olan insanlara nisbətən iki dəfə çoxdur.

Tədqiqatçılar Uhan şəhərində koronavirus xəstələrinin sənədlərini araşdırarkən, bu qənaətə gəliblər ki, qanında şəkərin miqdarı yüksək olan insanların ölüm ehtimalı daha çoxdur.

Əvvəlki araşdırmalar qeyi-normal qan şəkəri ilə sətəlcəm, insult, infarkt, travma və cərahiyyə əməliyyatları nəticəsində ölüm riskinin artması arasında əlaqənin mövcud olduğunu göstərib.

Hua Conq Elm və Texnologiya Universitetinin tədqiqatlarına əsasən, COVİD-19 infeksiyasından ölüm halları və diabet xəstəliyi arasında əlaqə mövcuddur və bu məsələ sübut olunub, Lakin son araşdırmalar göstərir ki, əgər xəstənin şəkərli diabeti yoxdursa, amma qanında şəkərin miqdarı yüksəkdirsə, yenə də risk altındadır.

Tədqiqatçılar apardıqları araşdırmalara əsasən deyirlər ki, diabet xəstəliyi diaqnozu olmadan qanda şəkərin yüksək olması və koronavirusdan ölüm halları arasında əlaqə mövcuddur.

Onlar Covid-19 şübhəsi ilə xəstəxanaya yerləşdirilən xəstələrdə qan şəkərinin yoxlanılmasını tövsiyə edirlər.

Çinli alimlərin araşdırmalarının nəticəsi göstərir ki, qanında şəkərin miqdarı yüksək olan xəstələrdə ölüm riski qanında şəkərin miqdarı aşağı olan xəstələrə nisbətən üç tam onda üç dəfə çoxdur və bu statistika baxımından əlamətdar bir rəqəmdir.

 

Teqlər