Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i364479-məşhur_hind_aktyoru_və_oğlu_koronavirusa_yoluxub
Məşhur hindistanlı aktyor Amitabh Baççan koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2020 07:44 Asia/Baku
  • Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxub

Məşhur hindistanlı aktyor Amitabh Baççan koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

SəhərAzeri Apa-ya istinadən xəbər verir ki, bu barədə 77 yaşlı aktyor özünün “Twitter” səhifəsində paylaşım edib.

“COVID-19 testim müsbət çıxdı, xəstəxanaya yerləşdirilmişəm, xəstəxana rəsmi orqanları məlumatlandırır, ailəm və heyət də test verib, nəticələri gözləyirik. Son 10 gündə mənim birbaşa yaxınlığımda olanlardan testdən keçmələri xahiş olunur!”, - deyə Baççan öz paylaşımında bildirib.

Bir qədər sonra aktyorun oğlu, aktyor və prodüser, Abhişek Baççan da “Twitter” sosial şəbəkəsindəki səhifəsində koronavirusa yoluxduğunu yazıb.

Qeyd edək ki, Amitabh Baççan hind kino tarixinin ən nüfuzlu aktyorlarından biridir. O, “Hind Oskarı” adlandırılan Filmfare Awards” mükafatının 15 dəfə qalibi olub.