İyul 20, 2020 15:36 Asia/Baku
  • Dünyada yeni okean əmələ gəlir

Bölgə yavaş sürətlə bir-birindən ayrılan üç tektonik plitənin kəsişməsində yerləşir. 2005-ci ildə bölgədə hazırda uzunluğu 56 kilometr olan yarıq əmələ gəlib.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, tədqiqarçıların hesablamalarına görə, təxminən 5-10 milyon il sonra Afrikanın şərq hissəsində tektonik çat əmələ gələcək və nəticədə qitə iki hissəyə bölünəcək.

Qitənin bu hissəsi Efiopiyanın Afar bölgəsindədir. Bölgə yavaş sürətlə bir-birindən ayrılan üç tektonik plitənin kəsişməsində yerləşir. 2005-ci ildə bölgədə hazırda uzunluğu 56 kilometr olan yarıq əmələ gəlib.

"Bu dünyada yeganə yerdir ki, orada kontinental riftin okeanik riftə çevrilməsini öyərənə bilərsiniz", - Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.

Alimlər güman edirlər ki, bu hal qalxan maqmaya görə artan təzyiqlə bağlıdır. Hazırda onlar plitələrin hərəkətini GPS-in köməyi ilə izləyirlər.

Qeyd edək ki, hazırda dünyada 5 okean var: Atlantik okean, Hind okeanı, Şimal Buzlu okean, Sakit okean və Cənub okeanı.

 

Teqlər