Rusiyanın koronavirusa qarşı peyvəndinin ilk sifarişi hazırdır
Rusiyanın səhiyyə naziri koronavirusdan peyvəndin ilk sifarişinin istifadə üçün hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın səhiyyə naziri Mixail Moraşko COVİD-19-a qarşı peyvəndin keyfiyyətinin yoxlanılması ilə bağlı sınaqların keçirildiyini bəyan edərək, əlavə edib: "Yaxın iki həftədə bu vaksinin ilk tədarükü istifadəyə hazır olacaq".
Rusiyanın səhiyyə naziri bu sifarişin yüksək risk qrupunda aid olan həkimlər üçün istifadə olunacağını açıqlayıb.
Mixail Moraşko, həmçinin deyib: "Bu peyvəndin istifadəsi həkimlər də daxil olmaqla hər kəs üçün könüllü olacaqdır".
Vladimir Putin dünən deyib ki, peyvənd Rusiya Müdafiə Nazirliyi ilə Qamaleya adınaTədqiqatları Mərkəzinin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Onun kliniki sınaqlarına cari il 18 iyun tarixində başlanıb və sınaqda iştirak edən bütün 38 nəfərdə virusa qarşı immunitet formalaşıb.
Son həftələrdə Rusiya hökuməti koronavirusla mübarizədə bir neçə dəfə karantin rejimi tətbiq etmək məcburiyyətində qalıb.