Azərbaycan Premyer Liqasında 2-ci turun son oyunu bu gün keçiriləcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i367207-azərbaycan_premyer_liqasında_2_ci_turun_son_oyunu_bu_gün_keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında II turun son oyununa start veriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 07:47 Asia/Baku
  • Azərbaycan Premyer Liqasında 2-ci turun son oyunu bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında II turun son oyununa start veriləcək.

Səhər Azəri bildirir ki, bu gün Azərbaycan Premyer Liqasında II turun son oyunu günün yeganə matçı kimi Bakıda baş tutacaq.

Masazırdakı “Bank Respublika Arena”dakı qarşılaşmada “Sabah” “Qəbələ”ni qəbul edəcək. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda qalib gəlməyə çalışacaq. Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası isə səfərdə uğurlu nəticəyə köklənib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Dünən isə “Zirə” səfərdə “Səbail”ə qalib gəlib – 2:1.