Sen 14, 2020 15:23 Asia/Baku

Ərdəbil vilayətinin "Fındıqlı" otüstü xizək pisti layihəsinin tamamlanma əməliyyatına start verilib.

Səhər Azəri bildirir ki, Ərdəbil vilayətinin Fındıqlı otüstü xizək pisti, bölgənin ot örtüyünün yüksək keyfiyyəti səbəbindən qlobal bir müşahidəçinin iştirakı ilə beynəlxalq pistə çevrilmək üçün təsdiqlənib və 4 milyard tümən vəsait ayrılaraq, onun tamamlanma və təkmilləşdirilməsi əməliyyatına başlanılıb. Bu layihənin icrası daha öncə pistin qüllələrinin quraşdırılması mərhələsində podratçı tərəfindən uyğyn olmayan marşurutun seçilməsi səbəbindən dayandırılmışdı. Buna baxmayaraq, Ərdəbil vilayətinin İdman və Gənclər Təşkilatının baş katibi Səccad Ənuşirəvaninin yorulmaz və ciddi səyləri nəticəsində bu layihənin yeni xəritəyə əsasən, tamamlanma əməliyyatına başlanılıb və qüllələrin quraşdırılması üçün qazıntı əməliyyatları aparılır.

Sözü gedən layihənin tamamlanması ilə Fındıqlının otüstü xizək pisti, Dizin pistindən sonra İranın beynəlxalq status qazanan ikinci pisti olacaq və bir çox beynəlxalq otüstü xizək yarışlarına ev sahibliyi edə biləcək.

Teqlər